Rihannanın səhhətində ciddi problem var

27 Mart 2013 16:32 (UTC+04:00)

"Diamonds" dünya turunda tutulduğu larengit səbəbiylə xəstələnən və iki konsertini ləğv edən Rihannanın sağlamlığından həkimləri olduqca narahatdır. Movqe.Az-ın məlumatıına görə, gözəl müğənni əgər hərəkətli həyatına ara verməzsə kariyerasına uzun illər davam edə bilməyəcək. Mövzu ilə əlaqədar verilən məlumatlar belə olub: "Rihannanın xəstəliyi həqiqətən kiçik hesab edilməyəcək qədər əhəmiyyətli idi. Baltimor və Bostondakı iki konsertini buna görə ləğv etmək məcburiyyətində qaldı. Həkimlərinin söylədiyinə görə tam sağalma müddəti aylarla davam edə bilər və bunun üçün Rihannanın özünə diqqət etməsi lazımdır. Özü siqaret çəkməyi, spirtli içkini və səhərə qədər ayıq qalmağı qalmağı sevir. Bu qədər yorğunluğu bədəninin dözməməsi təbii haldır. Artıq o da bunu hiss edir."