Cinsiyyətini dəyişdi, yeni təkliflər aldı

27 Mart 2013 16:27 (UTC+04:00)
Movqe.az xəbər verir ki, kişi olub Rüzgar adını götürən aktrisa Nil Erkoçlar serial setlərindən geri qayıtmaq istəyir. Ekranlardan uzaq qaldığı müddətdə kassirlik edən Rüzgar Erkoçlar, seriallarda oynamaq üçün hər bölümə 15 min TL ( 6487.5 AZN) istəyir. Rüzgar kişi olmazdan əvvəl seriallardan 3-5 min TL qazanırdı. Meneceri Harika Uyğur vasitəsilə səhnəyə yenidən qayıtmaq istəyən Rüzgar Erkoçlar hər bölümə 15 min TL tələb edəcək. Prodüserlərdən hələlik ciddi bir təklif almadığını söyləyən Erkoçlar, reklam filmlərində rol almaq istəyir.