8 min nəfər "Google Glass"ı sınayacaq

27 Mart 2013 13:32 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da 8 min nəfər "Google"ın internet əlaqəli eynəklərini sınayacaq. "Google", şanslı şəxslərə, gözlüyün sınaq versiyasını istifadə haqqı qazandıqlarını dünəndən etibarən bildirməyə başlayıb. "Google Glass" (Google Eynəkləri) məhsulunu sınayacaq istifadəçilər1500 dollar ödəyəcək eynəklərini təslim almaq üçün Nyu York, Los Anceles və ya San Franciskoya gedəcək. Ağıllı telefonlara bənzər xüsusiyyətlərə sahib olan yeni məhsulun sensorlu ekran yerinə səsli əmrlərə cavab verəcək şəkildə hazırlandığı deyilib. Çərçivələrindən birinə kiçik  kamera ekran yerləşdirilən eynəklər sayəsində istifadəçilərin, e-poçtlarını nəzarət edə biləcəkləri, sosial şəbəkələri ziyarət edə biləcəkləri və ya əllərini istifadə etmədən şəkil video çəkilişi edə biləcəkləri deyilib. "Google Glass" bu ilin sonunda və  ya ilin əvvəlində 700 -1500 dollar arasında bir qiymətlə satışa təqdim ediləcək.