İtlərin hücumu nəticəsində həlak oldu

27 Mart 2013 17:59 (UTC+04:00)

İngiltərədə yaşayan Jade Anderson adlı bir gənc qız dörd it tərəfindən parçalanaraq öldürülüb. Movqe.Az-ın məlumatına görə, bir rəfiqəsinin evində günorta yeməyi yeyən 14 yaşlı Anderson, "Staffordshire bull terrier" və "buldog" cinsindən olan itlərin hücumuna məruz qalıb. Bir müddətdir rəfiqəsinin evində qalan, hadisə zamanı isə evdə tək olduğu bildirilən gənc qız, əlindəki ətli yeməyi qapmağa çalışan itlərə qarşı müqavimət göstərməyə çalışsa da buna nail ola bilməyib. İtlər Andersonu boynundan və bədəninin bir çox yerindən dişləyib. Gənc qız qan itkisindən həlak olub. Hadisə yerinə gələn polislər itləri təsirsiz hala gətirmək məcburiyyətində qalıb. İngilislər, indi müəyyən cins itlərin insanlarla yaşamağa uyğun olub-olmadığını müzakirə edirlər.