Nazirlik: Bakıda hazırkı temperatur normadan yüksəkdir

8 Fevral 2018 13:30 (UTC+04:00)

Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, temperaturun iqlim normasından yüksək olması dünən də qeydə alınıb.

A.Verdiyev hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 7-10 dərəcə isti olduğunu söyləyib