Xalq Şairi Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olunub

13 Fevral 2018 11:52 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq Şairi Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olunaraq poeziyasevərlərin ixtiyarına verilib.

Nazirlikdən Movqe.az-a bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun tərtib etdiyi kitabda Səməd Vurğunun 300-dən artıq seçilmiş şeirləri toplanılıb.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.