İstanbulun sərgi mərkəzində yanğın olub

14 Fevral 2018 09:55 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində "CNR Expo" sərgi mərkəzində yanğın baş verib.

Movqe.az-ın məlumatına görə, yanğın yerli vaxtla saat 05:00-da baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

Trend