Kadir İnanır ikinci dəfə əməliyyat olunacaq

14 Fevral 2018 11:07 (UTC+04:00)

Beyin əməliyyatı keçirən "Yeşilçam" ulduzu Kadir İnanırdan xəbər var.

Movqe.az axşam.az-a istinadən bildirir ki, reanimasiyada olan aktyor ikinci dəfə əməliyyat ediləcək. Kadir İnanırın həkiminin sözlərinə görə, əməliyyat bir həftə sonra keçiriləcək:

"Reanimasiyada təzyiqini, ürək ritmini təznimləməyə çalışırq. Beynin şah damarının təmizlənməsi lazımdır. Bunun üçün təkrar əməliyyat lazımdır".