Məmmədyarov: "Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü planlaşdırılmır"

14 Fevral 2018 12:38 (UTC+04:00)

Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşü hələlik planlaşdırılmır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA "Novosti"yə müsahibəsində bildirib.
"Hazırda bu formatda üçtərəfli görüş təşkil etməyi planlaşdırmırıq", - XİN başçısı deyib.