Tanınmış aşıq məhkəmədə dindirildi - YENİLƏNİB

14 Fevral 2018 13:11 (UTC+04:00)

Aşıq Namiqə pul atmaqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Movqe.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Habil Hənifəyev ifadə verərək bildirib ki, R.Babayevi tanıyır və E.Hüseynovu isə onun yanında görüb: "2014-cü ildə Rəşad mənə şirkətin satılmalı olan kompüterlərinin olduğunu dedi. Mən də Namiqə zəng edib, bu barədə bildirdim. Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi. Rəşada 53 min 500 manat pul verdim. Həmin puldan mənə 13500 manat pul qaytarıblar".

 

 

Zərərçəkənin sözlərinə görə, Rəşad Babayev general-mayor Qorxmaz Qarayevin adından istifadə edib: "O mənə deyirdi ki, generalla yaxındır.  Kompüterlər hərbi hissələrə, bölgələrə paylanacaq".

 

 

 

Digər zərərçəkmiş Aqil Məmmədov dindirilən zaman qohumu Habil Hənifəyevin kompüter biznesi ilə məşğul olduğunu deyib: "2015-ci ildə onları bir yerdə gördüm. Hamı iş barədə danışdı. Rəşada ümumilikdə 70 min 550 manat pul verdim".

 

Məhkəmədə Aşıq Namiq ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini söyləyib: "Pulları kompüter biznesi ilə bağlı vermişəm. Onlardan bir qismini qaytarıb və 39 min 500 manat pulumu tələb edirəm".

 

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Dünən Rəşadın qardaşı Zaur Babayev zəng vurmuşdu. Onunla görüşdüm. Dedi ki, ziyanı qaytaracağıq, istəmirik Rəşad tutulsun, siz də ərizəni geri götürün. Hətta ilkin olaraq, o, 5 min manat qaytaracaqlarını bildirdi. Görüş zamanı Habil və Adil də mənimlə bir yerdə idi. Zaur Habillə Adilin də şikayətlərini geri götürmələrini istədi".

 

Məhkəmənin fevralın 21-də təyin edilib.