Cim Kerri kitab yazacaq

28 Mart 2013 14:47 (UTC+04:00)

Komediya janrındakı filmlərin sevilən aktyoru Cim Kerri uşaqlar üçün kitab yazmağa hazırlaşır. Movqe.Az-ın məlumatına görə, 51 yaşlı aktyorun "HitFix" saytına verdiyi müsahibəsində, "ciddi mövzuları komik bir şəkildə izah edən" uşaq kitabı yazmağı planlaşdırdığını söyləyib. Kerri, hər hansı bir nəşriyyatla razılaşmadan kitabı öz imkanlarıyla çıxaracağını bildirib. O, "How Roland Rolls" adını verdiyi kitabında  kiçik bir dalğanın hekayəsindən bəhs edəcək.