2 yaşlı uşaq qaynar qazanda yandı

14 Fevral 2018 14:53 (UTC+04:00)

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.