ABŞ-ın daha bir ştatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

28 Mart 2013 15:08 (UTC+04:00)

ABŞ-ın Kanzas ştatının Senatında da Azərbaycan - ABŞ münasibətlərinə dəstək ifadə edən qətnamə qəbul olunub. Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən verilən məlumata görə, qətnamədə azadlıq, demokratiya, insan hüquqları kimi universal dəyərləri dəstəkləyən dövlətlər qismində ABŞ və Azərbaycanın müttəfiqliyi alqışlanır.


Sənəddə, həmçinin Kanzas ştatı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunur.