MSK sədri icra strukturlarının nümayəndələrinə və vəzifəli şəxslərə xəbərdarlıq edib

14 Fevral 2018 16:47 (UTC+04:00)

"Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs seçki prosesində Seçki Məcəlləsinə və qanunvericiliyə zidd hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək".

  

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır: "Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik".