Daha bir beynəlxalq təşkilat Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

14 Fevral 2018 16:59 (UTC+04:00)

GUAM Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək.

Movqe.az xəbər verir ki, GUAM-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat seçkilərdə iştirak etmək üçün Azərbaycan tərəfindən dəvət alıb.

 

Məlumatda bildirilir ki, GUAM müşahidə missiyası prezident seçkilərində monitorinq həyata keçirəcək.

 

Missiyaya kimin rəhbərlik edəcəyi və tərkibi hələlik müəyyənləşməyib.