"Östersunds"un prezidenti: "Arsenal"ı keçib 1/8 finala çıxacağıq"

14 Fevral 2018 17:22 (UTC+04:00)

Avropa Liqasının 1/16 final mərhələsində "Arsenal"a rəqib olan İsveçin "Östersunds" klubunun prezidenti Daniel Kindberq iddialı açıqlamalar verib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi London klubuna qalib gələcəklərini qeyd edib. O, "Galatasaray"la oyun öncəsi dediklərini misal gətirib.

"Əlbəttə, "Arsenal"a qalib gələcəyik. Onların və bizim hansı formada olduğumuzu görürəm. Evdə qoyulan tapşırığın öhdəsindən gəlməyə çalışacağıq. Daha sonra sevinclə "Emirates"ə gedəcəyik. Orda ot örtüyünün vəziyyəti əladır. Bizə də bu lazımdır. Turnirin təsnifat mərhələsində "Galatasaray"ı mübarizədən kənarda qoyacağımızı deyəndə çoxları məni dəli hesab edirdi. Həmin vaxt mərhələ keçməyimiz üçün ideal imkan yaranmışdı. İndi də eyni vəziyyətdir. "Östersunds" "Arsenal"ı keçib 1/8 finala vəsiqə qazanacaq. Məni axmaq saya bilərlər. Amma məqsədimiz Lyonda keçiriləcək final oyununda iştirak etməkdir" - Kinderq deyib.