Azərbaycanda 2 nəfər intihar edib

15 Fevral 2018 15:15 (UTC+04:00)

Ağdaş rayon sakini özünü güllələyib. Movqe.az xəbər verir ki, hadisə rayonun Binələr kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1976-cı il təvəllüdlü Şahmuradov Sadiq Zeynal oğlu ov tüfəngi ilə özünü güllələyib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Bundan başqa Bərdə rayonunda da intihar hadisəsi qeydə alınıb. Rayonun Zümürxan kənd sakini, 1972-ci il təvəllüdlü Xəlilov Aqil Abil oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilinin tavanından asıb.
 
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.