Cocuq Mərcanlıda fəaliyyət göstərən müəssisələrə güzəştlər edilə bilər

15 Fevral 2018 15:39 (UTC+04:00)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən müəssisələrə müəyyən güzəştlər təqdim oluna bilər.

Movqe.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, həmin müəssisələrə investisiya təşviqi sənədləri verilə bilər.