Keçmiş məhkumdan 5 kq narkotik götürülüb

15 Fevral 2018 17:39 (UTC+04:00)

Bakı şəhərində keçmiş məhkumdan 5 kiloqram narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.