Həyətdən at başı və ayaqları tapıldı

15 Fevral 2018 18:15 (UTC+04:00)

Balakən rayonunda həyətdən kəsilmiş at başı və əti tapılıb. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Balakən rayon Baytarlıq İdarəsi əməkdaşlarının fevralın 14-də keçirdikləri birgə tədbirlər nəticəsində Qaysa kənd sakini Nurullah Çirinqova məxsus həyətyanı sahədən kəsilmiş 1 at başı, dərisi, ayaqları və 95 kiloqram at əti aşkar edilərək götürülüb. Nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Araşdırma aparılır.