Bakıda 15 evi talamış şəxslər ələ keçdi

15 Fevral 2018 18:30 (UTC+04:00)

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 evdən oğurluq etməkdə şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Sərhat Əmirov və Nurlan Ağayev saxlanılıblar.
 
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha 13 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
 
Araşdırmalar davam etdirilir.