"Onun qiyməti 700 milyondur"

16 Fevral 2018 11:46 (UTC+04:00)

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B.İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.