İkardi Premyer Liqa klubunun hədəfində

16 Fevral 2018 11:54 (UTC+04:00)

“Manchester United” “İnter”in hücumçusu Mauro İkardinin xidmətində maraqlıdır.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, manukunianlar 24 yaşlı futbolçunun keçidi üçün 135 milyon funt-sterlinq (190 milyon dollar) ödəməyə hazırdı. Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın hücumçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib. 

Argentinalı forvardın xidmətində “Real” da maraqlıdır.