Alişan sevgilisinə görə 4 min manat "tərlədi"

16 Fevral 2018 14:36 (UTC+04:00)

Hər zaman simic olduğu deyilən müğənni Alişan budəfəki jesti ilə çoxlarını təəccübləndirib.

Movqe.az axşam.az-a istinadən bildirir ki, ifaçı aktrisa sevgilisi buse Varola 8 min lirəlik (təxminən 4 min manat) mobil telefon alıb.

 

Alişan hədiyyəsini Sevgililər günündə bağışlayıb. Müğənninin aldığı telefon 256 GB-lıq "iPhone X"dır.