Vətəndaşlara bankdan kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu

16 Fevral 2018 15:23 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank"dan vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Q.Qəhrəmanov ayrı-ayrı vətəndaşlara "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edib, onlardan pul alaraq aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda ittiham edilir.

Trend