Bakıda dəhşətli qəza - 2 nəfər öldü

16 Fevral 2018 17:56 (UTC+04:00)

Bakıda dəhşətli qəza baş verib.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

 

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir.