Rusiyada avtobus qatarla toqquşdu

17 Fevral 2018 15:27 (UTC+04:00)

Rusiyada sərnişin avtobusu qatarla toqquşub.

Movqe.az Trend-ə istinadən bildirir ki, Leninqrad vilayətində avtobusla qatarın toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

Məlumata görə, avtobusda 15 sərnişin olub.

Xəsarət alan şəxsin avtobusun sürücüsü olduğu bildirilib.