Ağsuda 4 otaqlı ev yanıb

17 Fevral 2018 20:43 (UTC+04:00)

Ağsu rayonunda yanğın hadisəsi baş verib.

Movqe.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Kəndoba kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 100 m² sadədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.