Şəkidə alışan elektrik lövhəsi 15 sayğacı sıradan çıxarıb

17 Fevral 2018 22:30 (UTC+04:00)

Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.

Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə yol kənarında hasara quraşdırılmış elektrik lövhəsində 15 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı tikililər və transformator yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.