İranda qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

18 Fevral 2018 14:10 (UTC+04:00)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcəkdir.

Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Trend