Fransada qar uçqunu nəticəsində 2 nəfər həlak olub

19 Fevral 2018 09:15 (UTC+04:00)

Fransanın şərqində Savoya departamentində qar uçqunu baş verib.

Movqe.az-ın məlumatına görə, qar uçqunu nəticəsində 43 yaşlı Paris sakini və onun 11 yaşlı qızı həlak olublar. Onların cəsədi 2 min 930 metr hündürlükdə aşkar olunub.

 

İnsanların ölümü ilə bağlı Albervil şəhər prokurorluğunda istintaq başlanıb.