Xaçmazda ağır yol qəzası baş verib, ölənlər var

19 Fevral 2018 09:27 (UTC+04:00)

Xaçmazda ağır yol qəzası baş verib.

Movqe.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Xaçmaz rayonu, Ağyazı Buduğ kəndində "KamaAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfər sərnişinin (şəxsiyyətləri məlum deyil) cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.