Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər

19 Fevral 2018 10:15 (UTC+04:00)

Sabahdan prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

 

Movqe.az-ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd, siyasi - partiyanın, siyasi partiyalarblokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-da prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

 

Aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

APA