Flora Kərimovanın efir qadağası dayandırıldı

19 Fevral 2018 10:46 (UTC+04:00)

Xalq artisti Flora Kərimovanın efir qadağası aradan qaldırılıb.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə məlumat verib.

O bildirib ki, xalq artisti bu gün Yusif Ağayevin aparıcısı olduğu "10-dan sonra" verilişində qonaq olacaq:

 

"Əsl sənət betonu deşib bitən çiçək kimidir! Söhbət, dediyim kimi, əsl musiqiçidən, ziyalıdan gedir. Başqa bacarığı olmadığından mikrofonu əlinə almış küçə adamlarından yox!"