Prezident seçkilərində müşahidəçilərin sayı 24-ə çatdı

19 Fevral 2018 17:14 (UTC+04:00)

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 24-ə çatıb.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib k, müşahidəçilərin 9-u öz təşəbbüsü ilə müraciət edib, 15-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

MSK sədri bildirib ki, bütün müraciətlərə müsbət cavab verilib.