Terrorçular Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər

20 Fevral 2018 10:49 (UTC+04:00)

PYD və YPG terrorçuları Türkiyənin Mardin vilayəti ilə sərhəddə, Suriyanın şimalında yerləşən əl-Qamışlı yaşayış məntəqəsini tərk edirlər.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi kəşfiyyatdakı mənbəyə istinadən yazır.

Məlumata əsasən, artıq ikinci gündür ki terrorçuların bölmələrinin şəhəri tərk etdiyi və cənub istiqamətində geri çəkildiyi müşahidə olunur.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.