Nazarbayev latın qrafikalı əlifbaya keçidlə bağlı fərman imzalayıb

20 Fevral 2018 11:56 (UTC+04:00)

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dilinin kiril əlifbasından latın əlifbasına keçirilməsi haqqında fərman imzalayıb.

Movqe.az xəbər verir ki, fərmana əsasən Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsi nəzərdə tutulur.

Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.

AZƏRTAC