Fidyə üçün öldürüldülər

28 Mart 2013 19:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Vyetnamda 700 dollarlıq fidyə üçün qaçırılan 5 nəfərin öldürüldüyü bildirilib. Polis Ofisinə Nguyen Trong Ta etdiyi şərhdə, Laos sərhədində pul dəyəri yüksək olan taxta-şalban yığan 5 kəndlinin bir şəbəkə tərəfindən öldürüldüyünü qeyd edib. Kəndlilərin 5 gün əvvəl fidyə məqsədi ilə qaçırıldığını yazan Trong Ta, şəbəkənin hər bir kəndli üçün 700 dollar pul tələb etdiyini söyləyib. Bölgədə kəndlilərin yığdığı qiymətli ağac materialları tütsü, sabun ətir istehsalında istifadə edilir.