Göygöldə qohumunun evindən oğurluq edən keçmiş məhkum tutulub

20 Fevral 2018 15:26 (UTC+04:00)

Göygöldə qohumunun evindən oğurluq edən şəxs tutulub.

 

Movqe.az-ın APA-ya istinadən məlumata görə, Göygöl rayon sakini, 1985-ci il təvəllüdlü Elfaq İsayev yanvarın 23-də rayonun Üçtəpə kəndində yaşayan qohumu Feyruz Məmmədovun evindən 7900 manat oğurlayıb. Həyata keçirilən tədbirlər nəticəsində o, tutulub.

 

Qeyd edək ki, E. İsayev əvvəllər Rusiyada məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.