Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

12 May 2018 12:00 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 3D çap texnologiyası vasitəsilə ilk villalar yaradılacaq.

 

Movqe.az İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, villalar 2 ay ərzində hazır olmalıdır. Şəhər rəhbərliyindən bildiriblər ki, artıq bütün lazımi alətlər və avadanlıqlar Dubaya gətirilib. Layihənin digər detalları açıqlanmır.  

 

Qeyd edək ki, 2030-cu ilə qədər Dubay şəhərindəki binaların 25%-nin 3D vasitəsilə “çap olunması” nəzərdə tutulub. Bu, həm tikinti xərclərini, həm də tikintiyə sərf olunan vaxtı azaldacaq.

 

Ötən ilin fevralında Dubaydakı startaplardan biri 3D texnologiyasının köməyi ilə dünyanın ilk göydələnini inşa edəcəklərini bildirib.