Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək

20 Fevral 2018 17:15 (UTC+04:00)

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

 

 

Bu barədə Movqe.az-a  “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

 

Məlumata görə, Bakı-yük-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə bağlı   “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21 fevral – 6 mart (daxil olmaqla) tarixinədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.