Bakının bəzi yollarında sürət həddi aşağı salınıb

21 Fevral 2018 10:44 (UTC+04:00)

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.

Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Eyni zamanda, elektron lövhələrə “Sürüşkən yol” işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA sürücülərə yollardakı sürət həddinə əməl etmələrini tövsiyə edir.