Bakı Dövlət Universitetinin bakalavrları Zoologiya İnstitutunda təcrübə keçəcəklər

21 Fevral 2018 16:36 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin 19 bakalavrı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda iki ay müddətində istehsalat təcrübəsi keçəcək.

Movqe.az xəbər verir ki, Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu təşəbbüs iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Sənədin imzalanmasının məqsədi gələcəkdə bu uğurlu əməkdaşlıq əsasında iki və çoxtərəfli baza kafedrasının yaradılmasıdır.