Elmar Məmmədyarov BMT-nin İnsan Haqları Şurasının 37-ci sessiyasında iştirak edəcək

22 Fevral 2018 12:29 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Haqları Şurasının 37-ci sessiyasında iştirak edəcək. Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, nazir fevralın 26-da sessiyada çıxış edəcək.