Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmaqda davam edir

29 Mart 2013 10:27 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Şurabad, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.