KİV: İraqda İŞİD rəhbərinin müavini məhv edilib

22 Fevral 2018 22:00 (UTC+04:00)

İŞİD terror qruplaşmasının rəhbərinin müavini Əbu Əbdül Rəhman ət-Tamimi əl-Atabi əl-Cazravi İraqda məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, "Al Mayadeen" telekanalı İŞİD rəhbərinin müavininin hava zərbələri zamanı öldürüldüyünü bildirib.
Məhv edilmiş yaraqlının yeri dəqiq göstərilmir.