Azərbaycanda yeni medal təsis edilib

23 Fevral 2018 14:10 (UTC+04:00)

"Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis olunub.

Movqe.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzairəyə çıxarılıb.

Dəyişikliyə əsasən, "Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.