ABŞ səfiri Xaçmaz rayonuna səfər edib

29 Mart 2013 12:11 (UTC+04:00)

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xaçmaz rayonuna səfər edib. Movqe.az-ın verdiyi məlumata görə, Xaçmaz rayon İcra Hakimiyyətində görüş keçirən R.Morninqstar icra başçısı Şəmsəddin Xanbabayevlə görüşüb. 


İcra başçısı səfirə 158 kənd, 2 qəsəbə və 1 şəhəri olan rayon barədə ətraflı məlumat verib. İcra başçısı bildirib ki, rayonda 22 millətin nümayəndələri bərabər səviyyədə yaşayır. O, həmçinin Xaçmazdan respublika əhəmiyyətli magistralın və dəmiryolu xəttinin keçdiyini vurğulayıb.


Daha sonra səfir rayon sakinləri ilə görüşüb. Riçard Morninqstar Xaçmaz rayonuna səfərindən məmnun qaldığını bildirib.