Oğurluq edən şəxsin digər cinayət əməllərinin də üstü açılıb

23 Fevral 2018 16:58 (UTC+04:00)

Paytaxtın Binə qəsəbəsinin qadın sakini Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət edərək fevralın 6-da evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

B.Zabitovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabrından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.