Məşhur türkiyəli müğənni Tuba Xocalıdan yazdı: "Azərbaycanəsilli ailənin qızıyam"

26 Fevral 2018 16:13 (UTC+04:00)

Türkiyəli müğənni Tuba Ekinci Xocalı soyqırımı ilə bağlı paylaşım edib. 

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədə Xocalı qətliamı ilə bağlı məlumat paylaşaraq əslən azərbaycanlı olduğunu yazıb:

 

"Mən də azəriəsilli ailənin qızıyam. Azərbaycan qardaş ölkədir. Onların yası bizim yasımızdır".